Əli İnsanov otağına Rəsulzadənin və Elçibəyin portretlərini niyə asıb? FOTOSUAL
Xəbər verildiyi kimi, HƏP sədri Əli İnsanov öz ofisində Müsavat Partiyasının sədri Arif Hacılını qəbul edib.
Hurriyyet.az xatırladır ki, bu barədə məlumatlar hələ ötən həftənin sonlarında yayılıb.
İki əski düşməni bu hakimiyyətə qarşı düşmənçilik hissinin bir araya gətirməsinə kimsədə şübhə yoxdur. Görüş haqqında yayılan fotolar isə ortaya başqa bir mövzu çıxardıb. Sizlərə təqdim etdiyimiz fotolardan da məlum olur ki, yenicə qeydə alınmış HƏP sədri özünün otağında Rəsulzadənin və Elçibəyin portretlərini asıb.
Əli İnsanovun otağında onu nazir edən, ölkənin və YAP-ın rəhbər heyətinə gətirən, etimad göstərən mərhum prezident Heydər Əliyevin də fotosunun olub-olmadığı məlum deyil.
Yayılan fotolardan bu detal bəlli olmur. Lakin bəlli olan bir şey var: Əli İnsanov Azərbaycanın bu iki böyük şəxsiyyətini bütün karyerası boyunca düşmən sayıb, onlara münasibətini də hər zaman düşməncə ifadə edib. İndi birdən - birə, nə baş verdi ki, bir zamanların YAP "qırğı"sı, Rəsulzadənin və Elçibəyin ünvanına düşməncə ifadələr işlətmiş İnsanov iş otağına onların portretlərini vurası oldu?
Yoxsa o portretləri Arif Hacılı özüiləmi gətiribmiş...
Rəsulzadə - Elçibəy yolunun düşməni Əli İnsanova bundan da ağır hədiyyə olmazdı...
![]()
![]()
Musavat.com