Əli İnsanovu toya buraxmadılar - vaksin olunmayıbmış
2021-11-29 11:15:00
Noyabrın 27-də keçmiş səhiyyə naziri Əli İnsanov paytaxtın Xətai rayonu ərazisində yerləşən “Valensiya” şadlıq sarayında keçirilən, İlkin Rüstəmzadənin bacısının toy mərasimində iştirak etmək üçün həmin şadlıq sarayına gedib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Musavat.com -a hüquq mühafizə orqanlrındakı mötəbər mənbə məlumat verib.
Məlumatda bildirilir ki, bu zaman toyda iştirak edəcək qonaqların COVID-19 pasportu polis əməkdaşları tərəfindən yoxlanılarkən ixtisasca həkim və digər vətəndaşlara nümunə olmalı olan Əli İnsanovun vaksinasiya olunmadığı müəyyən edilib və o, şadlıq sarayından geri qaytarılıb.