📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əli Kərimli "qara işlərini" Fuad Qəhrəmanlı ilə görürmüş

2026-02-13 15:05:13

Əli Kərimli

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin müavini Fuad Qəhrəmanlının vasitəsilə pul alması barədə görüntülər yayımlanıb.

"Unikal" xatırladır ki, 2019-cu ildə məlum hadisələr zamanı feminist düşərgənin və cəmiyyətin ciddi tələbləri qarşısında belə geri çəkilməyən Əli Kərimli məhz həmin dövrdə keçirilən kütləvi aksiyalar zamanı Fuad Qəhrəmanlının imkanlarından maksimum yararlanmağı hədəfləmişdi və nəticədə onu müdafiə etməklə 2020-ci ilin iyul ayında Tovuz hadisələri ilə bağlı keçirilmiş aksiyada bu prosesi reallaşdırdı.

Bu da onu göstərir ki, Əli Kərimli Fuad Qəhrəmanlı "kartından" hər zaman istifadə etməyə çalışıb. Nəticədə isə F.Qəhrəmanlı ölkədən qaçıb. O, hazırda xaricdə gizlənməyə davam edir.