📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əli Kərimlinin Elçibəy “unutqanlığı”...

2021-08-23 14:55:00

Əli Kərimlinin Elçibəy “unutqanlığı”...

Milli Azadlıq Hərəkatının lideri, Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin anım günündə onu xatırlayanlar çox oldu.

Mətbuat, sosial şəbəkələr bu barədə yazdı, mərhum prezidentin Azərbaycana rəhbərlik etdiyi dönəmdəki fəaliyyəti xatırlandı, siyasi yoluna nəzər salındı, Fəxri xiyabandakı məzarı yad edildi. Ancaq nədənsə bütün dönəmlərdə AXCP-də parçalanmaların əsasını qoyub partiyanın sədri adına iddia edən Əli Kərimli gözə dəymədi. Nə Fəxri xiyabana getdi, nə AXC liderini sosial şəbəkədə yad etdi, nə özünü varis sədr elan etdiyi partiyanın üzvlərinə sabiq sədri yad etmək barədə təlimat verdi.

Əbülfəz Elçibəyin anım günündə onun miras qoyub getdiyi partiyada xatırlanması “AXCP rəhbərliyi adından Rəyasət Heyətinin üzvləri Səadət Cahangir, Seymur Həzi, Asif Yusifli, Məmməd İbrahim və İlham Hüseyn partiyanın mərhum sədri Əbülfəz Elçibəyin məzarını vəfatının ildönümü ilə əlaqədar ziyarət edib. Allah Elçibəyə rəhmət eləsin!” cümlələrindən və bir-iki fotodan ötəyə keçmədi.

Əli Kərimlinin Elçibəyə münasibəti siyasi cameədən az-çox xəbərdar olanlar üçün gizli deyil. Kərimli nə sağlığında, nə də vəfatından sonra Elçibəyi sevib. Onu lider kimi qəbul etməyib, daim gözü yüksəklərdə olub və AXCP bu yüksəkliyə çatmaq üçün ona ancaq tramplin rolu oynayıb. Elçibəyin nə ideyası, nə mübarizə üsulları, nə düşüncələri Əli Kərimli üçün məqbul idi. İntriqadan uzaq, vətən, millət və dövlət üçün çalışan Elçibəy ancaq öz eqosunn təmininə çalışan Kərimli üçün örnək ola bilməzdi.

Baxmayaraq ki, zaman-zaman Elçibəyin adından istifadədə də ondan yaxşısını tapmaq çətindir. Bunu gənc yurdçu hələ AXC-də təmsilçiliyinin ilk günlərindən anlamışdı, sadəcə dövrün siyasi prosesləri onu AXC-nin qılıfına bürüməyə vadar etmişdi ki, sonrakı proseslər Əli Kərimlinin partiyadan ancaq öz şəxsi məqsədləri üçün istifadəsini açıq-aydın göstərdi. Elçibəyə münasibəti hətta o dərəcəyə çatdı ki, ona bütöv bir siyasi partiya qoyub gedən sabiq sədrin anım günündə onun məzarını ziyarət etməyə də lüzum görmədi.

Tanış mənzərədir... Elçibəydən sonra AXCP iclaslarında təşrif gətirəndə “Əli bəy, Əl bəy” deyə qışqırmaq tapşırığı verən, mitinqlərdə, kütləvi aksiyalarda Elçibəyin bircə portretini belə qaldırmağı çox görən Kərimli üçün məzar ziyarəti demirik, çox sevdiyi “Facebook”da bir cümlələik xatırlatma da ağır vicdani yükdür.

Nə etika, nə insanlıq xatirinə bunu etdi, biz hələ siyasi məqsədinin nə olduğundan danışmırıq.

Əli Kərimlinin içində hələ də Elçibəy qorxusu var, bu qorxu onun heç vaxt Elçibəy qədər sevilməyəcəyindən yaranmayıb, bu qorxu Kərimlinin heç vaxt Elçibəy qədər demirik, onun yarısının yarısı qədər vətən, millət, dövlət sevgisinin olmamasından yaranıb.

AXCP sədri bunun o qədər fərqindədir ki, hətta gizlətməyə belə lüzum görmür...

cebheinfo