📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əlillər Cəmiyyəti yeni layihənin icrasına başlayıb

2022-02-11 21:23:00

Əlillər Cəmiyyəti yeni layihənin icrasına başlayıb

Azərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Sosial xidmətlərin əlçatanlığının müharibə əlillərinə münasibətdə qiymətləndirilməsi, zəif bəndlərin müəyyən edilməsi və həlli yolları adlı layihəsinin icrasına başlayıb.

Hurriyyet.az xəbər verir ki, layihənin məqsədi  Siyəzən, Qusar, Xaçmaz rayonlarında mövcud sosial təminat mexanizmlərin və imtiyazların əlçatanlığının Vətən müharibəsi əlillərinin məmnunluğu, onlara layiq olduqları münasibətin göstərilməsi və imkanların yaradılmasından ibarətdir.

Layihənin icrası 01.02.2022-ci il tarixdən 30.04.2022-ci il tarixə qədər nəzərdə tutulur.                                         

Qeyd edək ki, bu günə qədər Azərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyi bir sıra uğurlu layihələr həyata keçirib.