📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əlillik pensiyaları ilə bağlı Nazirlikdən VACİB AÇIQLAMA

2026-10-08 19:37:30

Əlillik pensiyaları ilə bağlı Nazirlikdən VACİB AÇIQLAMA

Bu ilin yanvar-sentyabr aylarında 40 minə yaxın şəxsə əlillik təyin edilib.

Hurriyyet.net xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi məlumat yayıb.

Bildirilib ki, hesabat dövründə 16,3 min şəxsə ilkin, 23,6 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb.

Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən həyata keçirilir. Qiymətləndirmə tibb müəssisələri tərəfindən elektron sistemə daxil edilən göndərişlərdəki məlumatlar əsasında aparılır.

Əlillik təyinatından sonra isə əlilliyə görə sosial ödənişlər elektron sistem üzərindən proaktiv qaydada təyin edilir.