📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əlillik təyinatı ilə bağlı MÜHÜM XƏBƏR - İyul ayından etibarən... - VİDEO

2022-02-22 15:43:00

Əlillik təyinatı ilə bağlı MÜHÜM XƏBƏR - İyul ayından etibarən... - VİDEO

Əlillik dərəcələrinin təyinatı ilə bağlı yeni qaydalar beynəlxalq təcrübə əsasında hazırlanıb.

Hurriyyet.az Milli.Az-a istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Nərmin Fətəliyevun sözlərinə görə, yeni meyarlarda ümumdünya səhiyyə təşkilatının müəyyən etdiyi standartlar və dünya ölkələrinin qabaqcıl təcrübələri  əsas götürülüb.

Qurum rəsmisi deyir ki, bundan sonra orqanizmin funksiyalarının  30 faizə qədər pozulması əlillik hesab edilməyəcək. İstehsalat zədəsi  və ya peşə xəstəlikləri isə peşə əməyi qabiliyyətinin pozulması halıkimi qiymətləndiriləcək.

Yeni qaydaların bu ilin iyul ayından qüvvəyə minməsi nəzərdə tutulub.

Milli.Az