📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əliməmməd Nuriyev seçkilərə qatıldı: Musa Qasımlı namizəd olmayacaq? - AÇIQLAMA

2024-07-11 10:00:44

Əliməmməd Nuriyev seçkilərə qatıldı: Musa Qasımlı namizəd olmayacaq? - AÇIQLAMA

"Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev parlament seçkilərinə qatılacaq.

Hurriyyet.az xəbər verir ki, bakupost.az-ın məlumatına görə, Ə.Nuriyev namizdəliyini 75 saylı Yardımlı-Masallı seçki dairəsindən verib.
Ə.Nuriyev xəbəri Bakupost.az -a təsdiqləyib. Bildirib ki, sənədlərinin Dairə Seçki Komissiyasına təqdim edib.

Qeyd edək ki, 75 saylı Yardımlı-Masallı seçki dairəsini Milli Məclisdə tarixçi alim Musa Qasımlı təmsil edirdi.
Görünür, bu dəfə o, namizəd olmayacaq.

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.