📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əliyar Ağayev AÇ-nin oyununu idarə etdi

2023-06-21 23:00:00

Əliyar Ağayev AÇ-nin oyununu idarə etdi

21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatına start verilib.

Belçika və Niderland yığmaları arasında keçirilən açılış oyununu Azərbaycanın FIFA referisi Əliyar Ağayev idarə edib.

Tbilisidəki "Mesxi" stadionunda oynanılan A qrupunun matçında qapılara qol vurulmayıb. Əliyar Ağayev görüş ərzində Belçikanın 3, Niderlandın isə 2 futbolçusuna sarı vərəqə göstərib. \\Offsideplus.az