📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əliyar Ağayev Çempionlar Liqası matçını idarə edəcək

2023-08-03 19:32:00

Əliyar Ağayev Çempionlar Liqası matçını idarə edəcək

FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 8-də baş tutacaq "Klaksvik" (Farer adaları) – “Molde” (Norveç) oyununun baş hakimi azərbaycanlı referi olacaq.

Ona FİFA referi köməkçisi Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.\\Offsideplus.az