Əliyev, Putin və Paşinyanın bu həftə Moskvada planlaşdırılan görüşü olmayacaq - Kreml
Qarabağla bağlı üçtərəfli bəyanatın imzalanmasının ildönümündə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında təmaslar planlaşdırılmır.
Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bu barədə məlumat verib.
Peskov jurnalistlərlə söhbətində hazırda bu barədə hər hansı planın olmadığını bildirib.
“Bakı və İrəvanla əlaqəyə gəlincə, bu, müxtəlif səviyyələrdə və müntəzəm olaraq Moskvanın təşəbbüsü ilə baş tutur. Üçünün ünsiyyətinə gəlincə, nə vaxtsa belə bir razılaşma əldə olunarsa, sizə məlumat verəcəyik. Hazırda bu barədə konkret anlaşma yoxdur”, - Rusiya liderinin mətbuat katibi bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Kreml tərəfindən yayılan məlumatda bu həftə Moskvada üçlü görüşün keçiriləcəyi xəbər verilirdi. Dmitri Peskovun bu məlumatı təkzib etməsi hansısa səbəblərdən planın təxirə salındığını göstərir.
Zənnimizcə, planlaşdırılan görüşün baş tutmamasının səbəbi İrəvanın buna hazır olmamasından qaynaqlana bilər. \\Ovqat.com