📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əliyev Şuşada, Paşinyan canlı yayında-biri inamlı, o biri məyus...

2021-12-25 09:35:00

Əliyev Şuşada, Paşinyan canlı yayında-biri inamlı, o biri məyus...

Erməni baş nazir “Hadrut və Şuşanın qaytarılması” ilə bağlı suala nə cavab verdi?

Prezident İlham Əliyev Hadrutdakı və Şuşadakı çıxışı dövlət televiziyasında yayınlananda Ermənistanın baş naziri Nikol Paşinyan da İrəvanda online mətbuta konfransı keçirirdi. Mətbuat konfransı üçün tarixin təsadüfi seçildiyini demək də olar. Bir gündə iki dövlət rəhbərinin mövqelərini dinləmək isə vəziyyəti təhlil etmək baxımından bir fürsətdir...

Mətbuat konfransını ermənilərin tanınan bir saytı üzərində izlədim. İzləmə sayı Paşinyana marağın az olduğunu göstərirdi. Ola bilsin, sosial şəbəkələr üzərindən diqqət daha çox olsun, hər halda bu faktın özü də erməni cəmiyyətinin əhval-ruhiyyəsinin göstəricisi kimi qəbul edilə bilər. Ermənilər ya Paşinyana inanmır, ya da artıq heç nəyin onların arzuladığı kimi olacağına ümidlərini itirib, reallıqla barışmaqdadırlar. Halbuki Paşinyanın açıqlamarında mümkün sülh müqaviləsindən tutmuş Prezident Əliyevlə Brüsseldəki 15 -20 dəqiqəlik ikilikdə söhbətlərinin qısa məzmunundək bir çox aktual suallara cavab verdi...

fbbd4d15-d944-44ad-8109-05b06e8aec34_cx0_cy6_cw0_w1023_r1_s.jpg (149 KB)

Deyim ki, Prezident Əliyevin eyni gündə etdiyi çıxış ritorikasına görə Paşinyanın danışdıqları ilə müqayisədə daha inamlı, bir az da sərt təsir bağışladı. Bu isə həm də o deməkdir ki, danışıqlarda Ermənistanın tuduğu mövqe Paşinyanın açıqlamaları kimi “hamar” deyil. Prezidentin Hadrutdakı çıxışında dediyi bu sitata diqqət edək: “Ermənistanda əgər kimsə revanş haqqında düşünürsə, əgər kimsə düşünür ki, bir neçə ildən sonra vəziyyət dəyişəcək, nəsə baş verəcək və yenidən onların hərbi imkanı yaranacaq və onlar yenidən bizə ərazi iddiası ilə çıxış edəcəklər, bəri başdan bilsinlər, biz heç nəyi gözləməyəcəyik, heç kim bizi dayandıra bilməz, heç nəyə baxmadan lazımi addımları atacağıq.

Bunu etmək üçün siyasi iradəmiz də var, gücümüz də var”. Prezident Əliyev müyyən informasiyalara əsaslanan sərt ritorikasından geri çəkilməsə də, Paşinyanın açıqlamalarında ümidsizliklə yanaşı, müəyyən konstruktivlik də aşkar hiss edilirdi. Ümumiyyətlə, hərdən onun açıqlamalarına diqqət edəndə, düşünürsən ki, Paşinyan Ermənistanın gəlib-keçmiş ən ağıllı dövlət adamıdır, ölkəsini düşdüyü ağır vəziyyətdən səmimi olaraq çıxarmağa çalışır. Hərdən də daxili auditoriya onun fikirlərini azdırır, necə ki, üç gün əvvəl yenə də “artsax”ın müstəqilliyi” haqda sərsəm fikirlər danışmışdı...

48.jpg (393 KB)

Son mətbuat konfransında Paşinyan məsələn, 3+2 formatı barədə suala cavab olaraq dedi ki, ölkəsinin İran, Rusiya, Türkiyə və Azərbaycanla əməkdaşlıq formatında iştirakı doğru qərardır, bundan kənarda qalmaq Ermənistanın maraqlarına uyğun deyil.

Türkiyə ilə danışıqlara gəlincə, baş nazir hesab etdi ki, xüsusi nikbinliyə heç bir əsas yoxdur, “lakin tərəflər müzakirə etmək, danışmaq, nikbinliyə zəmin yaratmağa çalışmaq arzusunu bildirirlər”. Paşinyan dedi ki, Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin ilk görüşünün tezliklə təyin olunacağına ümid edir: “Kifayət qədər uzun proses gözlənilir və konkret nəticə əldə etmək baxımından bir-iki görüşdən çox şey gözləmək lazım deyil”. Paşinyan erməni müxalifətinin “Zəngəzur dəhlizi”ni Türkiyə ilə danışıqların ilkin şərti kimi qəbul etdiyi iddiasını təkzib etdi. O, əlavə etdi ki, Türkiyə ilə münasibətlərin normallaşması və sərhədlərin açılması üçün “erməni soyqırımının tanınması” belə heç vaxt ilkin şərt olmayıb. Gündəlikdə isə yalnız sərhədin və dəmir yolunun açılması olduğunu bildirdi. “Söhbət uçuşların bərpasından gedirsə, biz bunu müsbət qiymətləndiririk, alqışlayırıq və qarşılıqlı uçuşların başlayacağına ümid edirik”.

014.JPG (952 KB)

Türkiyə prezidenti ilə görüşün mümkünlüyü ilə bağlı sualı cavablandıran Paşinyan bildirdi ki, Ərdoğanla görüş barədə heç bir razılaşma yoxdur. “Əgər Rubinyanın(Ermənistanın danışıqlarda xüsusi nümayəndəsi) türkiyəli həmkarı ilə danışıqlar prosesi uğurlu olarsa, təbii ki, bundan sonra görüşlər yüksək və ən yüksək səviyyədə keçirilməlidir”. Paşinyan dekabrın 27-də MDB dövlət başçılarının Sankt-Peterburqdakı qeyr-formal sammitində Prezident Əliyevlə təmasın mümkün olduğunu söylədi, amma xüsusi danışıqlar gündəliyi razılaşdırılmadığın dedi.
Azərbaycanın Avrasiya iqtisadi Birliyinə müşahidəçi kimi üzvlüyünə Ermənistanın mövqeyinə gəlincə, Paşinyan bu barədə birmənalı mövqe bildrməyin tez olduğunu dedi. Baş nazir dedi ki, müşahidəçi statusu ilə bağlı rəsmi heç nə yoxdur. “Olarsa...” haqda danışanda da yenə dolaşıq mövqe bildirdi, “arsax” məsələsində “mümkün kompromislərə” dəxilsiz keçid etdi.

32.jpg (448 KB)

Mətbuat konfransında Paşinyan “Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazi bütövlüyü məsələsinin Ermənistanın ərazi bütövlüyünün tərkib hissəsinə çevrilməsi üçün addımlar atıb-atmaması” barədə, hətta danışıqlar nə vaxt başlayarsa, Ermənistanın “Şuşa və Hadrutun qaytarılması” barədə də sərsəm sualı cavablandırmalı oldu.

Paşinyan dedi ki, danışıqların tarixi boyu ləğv edilmiş Dağlıq Qarabağ Muxtar Vilayəti heç vaxt sırf erməni subyekti kimi nəzərdən keçirilməyib. “Danışıqların prinsipləri onu göstərir ki, Dağlıq Qarabağ Muxtar Vilayətində azərbaycanlılar da yaşayır və onların hüquqlarının müdafiəsi danışıqların mövzusu olub”.

61b9b8649d9fe61b9b8649d9ff163956131661b9b8649d9fb61b9b8649d9fc.jpg (179 KB)

Onun sözlərinə görə, Dağlıq Qarabağın yekun statusu ilə bağlı referendumla bağlı aparılan danışıqların məzmunu bölgənin bütün əhalisini əhatə edib. Baş nazir dedi ki, bu reallığı “danışıqlarda faciəvi 2016-cı ildə” Ermənistan tərəfi qəbul edib, o səbəbdən erməni toplumunun azərbaycanlıları kənarda saxlayaraq hansısa referendum keçirib nəticəsini dünyaya qəbul etdirməsi mümkün olmayacaqdı. Dağlıq Qarabağın müvəqqəti statusunun dəqiqləşdirilməsi məsələsi isə BMT Təhlükəsizlik Şurasına verilib. “Qarabağa hətta aralıq statusu olsa belə, hansı ölkənin tərkibi kimi tanınacaq?” sualının cavabında Paşinyan xatırladıb ki, “1993-cü ildə BMT Təhlükəsizlik Şurası Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının tanındığını bildirən qətnamə qəbul edib. O zaman da yekun status Azərbaycan konstitusiyasına uyğun olaraq dəqiqləşdirilməlidir” deyə, Paşinyan bildirib.

son abzasa.jpg (25 KB)

Paşinyanın bunları dedikdən sonra Şuşanın və Hadrutun “qaytarılması” haqda isə ümumiyyətlə danışmağa lüzum görmədi. Əliyevin ad günündə getdiyi Hadrut və Şuşaya...