📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əliyev Trampa xoş xəbəri verdi: İşlər yekunlaşır...

2026-08-08 21:08:51

Əliyev Trampa xoş xəbəri verdi: İşlər yekunlaşır...

Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, tranzit yüklərin Azərbaycan ərazisindən Ermənistana daşınması, iki ölkə arasında ticarət əlaqələrinin başlanması müsbət hallardır.

Hurriyyet.Media  xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin amerikalı həmkarı Donald Trampla telefon danışığı zamanı bildirilib.

Telefon danışığında TRİPP layihəsinin regional bağlantılar baxımından əhəmiyyəti vurğulanıb, Azərbaycan ərazisində nəqliyyat infrastrukturu işlərinin başa çatmaq mərhələsində olduğu bildirilib.

Ermənistan ərazisində TRİPP layihəsi üzrə işlərin tezliklə başlanacağına ümidvarlıq ifadə olunub.