📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Elizabet Trass Putini təhdid elədi

2022-09-30 16:24:00

Elizabet  Trass Putini təhdid elədi

Hurriyyet.az “Gazeta.ru” portalına istinadla xəbər verir ki, böyük Britaniyanın Baş naziri Elizabet Trass “Putinin hərbi maşınını iflic eləmək üçün” Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyi ilə təhdid edib.

Trass öz “Tvitter” səhifəsində bildirib ki, separatçı DXR, LXR qurumlarında, işğal edilmiş Xerson cə Zaporojye vilayətlərində qanunsuz referendum keçirilməsi fonunda Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər.

Trass yazıb: “Vladimir Putinin hərbi maşınını iflic etmək üçün  biz tərəddüd eləmədən yenə də tədbirlər görəcək, o cümldən yeni sanksiyalar tətbiq edəcəyik”.

Trass sosial şəbəkədəki paylaşmasında Britaniya dövlətinin heç vaxt qondarma Luqansk və Donetsk xalq respublikalarını və Ukraynanın digər vilayətlərini RF-nin tərkib hissəsi kimi tanımayacağını da bildirib.

Hürr Tərcüman