📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əllilliyi olan müəllimlər üçün qaydalarda dəyişiklik edilib

2025-03-11 22:42:48

Əllilliyi olan müəllimlər üçün qaydalarda dəyişiklik edilib

Kimya, fizika və riyaziyyat fənni üzrə sertifikasiya imtahanında iştirak edəcək əllilliyi olan müəllimlər üçün qaydalara dəyişiklik edilib.

Hurriyyet.az  APA-ya istinadən xəbər verir ki,  bunu Təhsil İnstitutunun şöbə müdiri Muxtar Hacıyev deyib.

"Bakı Şəhər Təhsil İdarəsi və Regional Təhsil İdarələri bizə 1-ci qrup gözdən əllilliyi olan müəllimlərin siyahısını təqdim edib.
Sertifikasiya imtahanının test mərhələsində bu müəllimlərin hər biri üçün əlavə nəzarətçi ayrılacaq. Nəzarətçi yanlarında oturub suallarla bağlı kömək edəcək. Bu müəllimlərə digərlərindən fərqli olaraq əlavə 60 dəqiqə vaxt veriləcək, eyni zamanda, riyaziyyat, fizika və kimya fənnlərindən qrafik suallar yazılı suallarla əvəzlənəcək", - o bildirib.