Elman Paşayev həbsindən apellyasiya şikayəti verib
2024-09-23 22:31:56
Moskvada həbs olunan azərbaycanlı hüquqşünas, keçmiş vəkil Elman Paşayev həbsindən apellyasiya şikayəti verib.
Hurriyyet.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Moskva Qarnizon Məhkəməsindən TASS-a məlumat verilib.
“Paşayevin şikayəti məhkəmənin inzibati binasında qeydə alınıb”, - deyə məhkəmədən bildirilib.
Xatırladaq ki, sentyabrın 18-də hərbi məhkəmə keçmiş vəkil Elman Paşayevi dələduzluqda ittiham edərək istintaq təcridxanasına göndərib.