📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Elman Rüstəmov Mərkəzi Bankın sədri vəzifəsindən ÇIXARILIR

2022-04-11 15:24:00

Elman Rüstəmov Mərkəzi Bankın sədri vəzifəsindən ÇIXARILIR

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatları müzakirə edilib.

Hurriyyet.az xəbər verir ki, hər iki təqdimata müsbət rəy verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi onları Milli Məclisin Plenar İclasında müzakirə üçün tövsiyə edib.

Qeyd edək ki, E.Rüstəmov hazırda Mərkəzi Bankın İdarə Heyətinin üzvü və sədridir. O, İdarə Heyətinin üzvlüyündən azad edilməklə həm də MB sədrliyindən də azad olunacaq.