Elmar Məmmədyarov: "Rüstəm İbrahimbəyov mənim dayım hesab olunurdu"
2022-03-16 14:22:00
"Rüstəm İbrahimbəyovun babamın qardaşı oğludur. Ona görə də gözümü açandan onu və qardaşı Maqsud İbrahimbəyovu görmüşəm".
Bu sözləri keçmiş xarici işlər naziri Elmar Məmmədyarov açıqlamasında bildirib. Elmar Məmmədyarov qohumu olduğu
Rüstəm İbrahimbəyovla bağlı xatirələrini bölüşərkən deyib:
"Rüstəm İbrahimbəyov çox maraqlı, məşhur adam idi. Doğrudur, siyasi məsələlərdə onunla razılaşmırdıq. Hətta bir-iki dəfə söhbətimiz də olub. Amma hər halda qohumumuz idi və buna görə ünsiyyət saxlayırdıq, Bakıya gələndə görüşürdük".
Musavat.com