Elməddin Quliyev işdən çıxdı
2022-07-08 10:48:00
Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev vəzifəsindən ayrılıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə o, özü bildirib.
Elməddin Quliyev vəzifəsindən ayrılmasının səhhətində yaranan müvəqqəti narahatlıqlarla bağlı olduğunu deyib.
Qeyd edək ki, E.Quliyev YAP-ın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə ötən ilin mayında təyin olunmuşdu.