📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Elmira Axundova geri çağırılmasından danışdı

2023-05-23 17:46:00

Elmira Axundova geri çağırılmasından danışdı

Prezident İlham Əliyevin Sərəncamı ilə Elmira Axundova Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Hurriyyet.az Pravda-ya istinadla xəbər verir ki, Elmira Axundova bununla bağlı suala belə cavab verib: “Sabah açıqlama verərəm...”

Xatırladaq ki, bir müddət əvvəl E.Axundovanın səhhətində problem olduğu ilə bağlı məlumatlar yayılmışdı.Onun Rusiya-Ukrayna müharibəsi başlayandan uzun müddətdir Bakıda olması müzakirəyə səbəb olmuşdu.