📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Elmlər Akademiyası” ətrafında müvafiq tədbirlərin görülməsinə ehtiyac var”

2026-11-17 13:26:06

“Elmlər Akademiyası” ətrafında müvafiq tədbirlərin görülməsinə ehtiyac var”

“Bildiyiniz kimi, Yasamal rayonu əhali sıxlığına, eyni zamanda tələbə axınına görə paytaxtın ən dinamik rayonlarından biridir. Ali təhsil müəssisələrinin əksəriyyətinin “Elmlər Akademiyası” metrostansiyası ətrafında cəmləşməsi bu ərazidə dərs saatlarında ciddi sərnişin sıxlığına səbəb olur”.

Hurriyyet.net  xəbər verir ki, bunu deputat Göydəniz Qəhrəmanov Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı bildirib.

“Bu baxımdan, ərazidə avtobus marşrutlarının artırılması və ictimai nəqliyyat şəbəkəsinin genişləndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsinə ehtiyac var.

İkinci məsələ turizm yönümlü ali təhsil müddətinin optimallaşdırılmasıdır. Ölkəmizdə turizm sektoru sürətlə genişlənir və ildən-ilə turistlərin artması bu sahədə ixtisaslı kadrlara tələbatı artırır. Təklif edirəm, turizm üzrə ali təhsil ocaqlarında təhsil müddəti 4 ildən 3 ilə endirilsin. Bu yanaşma gənclərin əmək bazarına daha tez inteqrasiya olunmasına və xidmət sektorunun ixtisaslı kadrlarla operativ təmin edilməsinə geniş imkan açacaq”, - deputat qeyd edib.