📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Elnarə Abdullayeva 4 milyon manata villa alıb? – Ailəsindən açıqlama

2024-11-05 17:15:59

Elnarə Abdullayeva 4 milyon manata villa alıb? – Ailəsindən açıqlama

Əməkdar artist Elnarə Abdullayevanın 4 milyon manat dəyərində villasının olduğu ilə bağlı məlumat yayılıb.

Hurriyyet.az xəbər verir ki, Qaynarinfo məlumatı dəqiqləşdirmək üçün xanəndənin ailəsi ilə əlaqə saxlayıb.

Elnarə Abdullayevanın həyat yoldaşı Elxan bəy deyilənlərin yalan olduğunu bildirib:

“Allah eləsin, deyilənlər həqiqət olsun. Belə məlumatı yayanların da Allah köməkləri olsun. Amma belə bir evimiz yoxdur. Kimsə bizə belə bir ev arzu edirsə, Allah onun köməyi olsun”.