Elnur Cəfərov dubl etdi, “Şəfa” qalib gəldi - Video
2026-11-27 18:57:09
Bu gün Misli Premyer Liqasında 13-cü tura start verilib.
Hurriyyet.net xəbər verir ki, ilk oyunda “İmişli” “Şəfa”nı sınağa çəkib.
Yevlax şəhər stadionunda keçirilən matçın baş hakimi Fərid Hacıyev olub.
4 qolluq görüşdə qonaqlar inamlı qələbəyə seviniblər.
Misli Premyer Liqası 13-cü tur
27 noyabr
“İmişli” – “Şəfa” 1:3
Qollar: Ronaldo de Souza, 41 – Elnur Cəfərov, 14; 29. Mussa Quel, 55.