📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Elnur Ebru Gündeşlə münasibətlərindən danışdı

2026-08-03 18:05:14

Elnur Ebru Gündeşlə münasibətlərindən danışdı

Müğənni Elnur Hüseynov vaxtilə Türkiyənin “O səs Türkiyə” yarışmasında komandasında olduğu Ebru Gündeşlə münasibətlərindən danışıb.

Bu haqda sənətçi ARB TV-yə açıqlamasında danışıb. Yarışmada qalib olan ifaçı onların hazırda da əlaqə saxladıqlarını bildirib.

“Danışırıq, amma çox az olur. Ebrunun elə də vaxtı yoxdur. O, çox gözəl qadındır, güclüdür və hər zaman yanımda olub. Birlikdə keçdiyimiz yolu heç vaxt unutmuram. Biz birlikdə birincilik qazandıq” deyə, Elnur söyləyib.

Sənətçi yarışmadan sonra imzaladığı müqavilənin müddətinin başa çatdığını da açıqlayıb:

“Müqavilə bitdi. Hazırda tək çalışmağın mənim üçün daha yaxşı olduğunu düşünürəm”. (Axşam.az)