📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Elon Mask: “Cənab Ərdoğanla görüşmək şərəfdir. Çox sayda birgə layihələrimiz olacaq”

2021-12-18 17:17:00

Elon Mask: “Cənab Ərdoğanla görüşmək şərəfdir. Çox sayda birgə layihələrimiz olacaq”

Hurriyyet.az xəbər “Yeni Akit” nəşrinə istinadən verir ki, “SpaceX” şirkətinin qurucusu, dünyanın ən zəngin adamlarından biri olan Elon Mask Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə videoköprü formatında görüşdən sonra verdiyi açıqlamada deyib: “Türkiyə ilə birlikdə dünyada ilk olacaq bir çox layihəni birlikdə həyata keçirəcəyik”.

Mask deyib: “Türkiyə ilə əməkdaşlığımızı maraqla gözləyirəm. Cənab Ərdoğan, sizinlə təkrar görüşmək istəyirəm. Türkiyə ilə dünyada ilk olacaq bir çox layihəni birlikdə həyata keçirəcəyik. Türkiyəyə səfərimi həyəcanla gözləyirəm”.

Prezident Ərdoğan dünən videokonfrans yolu ilə bütün dünyada öz layihələri ilə məşhur olan Elon Mask ilə danışıq ararmışdı. Görüş zamanı Türkiyədəki dövlət və özəl sektorları ilə şirət arasında peyk və kosmik texnologiyalar başda olmaqla, müxtəlif sahələrdə əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.

Elektriklə çalışan sürücüsüz avtomobillər və rəqəmsal iqtisadiyyat məsələlərinin də müzakirə edildiyi görüş zamanı uzunmüddətli investisiyalar və mövcud əməkdaşlığı inkişaf etdirəcək addımlar qiymətləndiriləcək.

Ərdoğan ilə yenidən görüşməyin şərəf olduğunu söyləyən Mask Türkiyəni ziyarət eləmək istədiyini də vurğulayıb.

 

Hürr Tərcüman