Elon Mask dünyanın ən varlı adamı oldu
2021-09-29 17:01:00
Hurriyyet.az xəbər verir ki, “Forbes” jurnalı dünyanın ən zəngin şəxslərinin yeni siyahısını dərc edib. Siyahıda yeniliklər var. Dünyanın ən varlı şəxsi bundan əvvəlki lider Ceff Bezosu geridə qoyan Elon Mask olub. Maskın sahibi olduğu “Tesla” şirkətinin səhmlərinin bahalaşması nəticəsində onun sərvəti bazar ertəsi günü 203,4 milyard dollara çatıb.