📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Elon Mask “Tvitter”in şəriksiz sahibi olmaq istədiyini bildirdi

2022-04-14 18:13:00

Elon Mask “Tvitter”in şəriksiz sahibi olmaq istədiyini bildirdi

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, dünyanın ən zəngin adamları siyahısına başçılıq edən Elon Mask “Tvitter” sosial şəbəkəsinin bütün səhmlərini satın almaq istədiyini bildirib.

Hazırda “Tvitter”dəki səhmlərin 9,1%-nə, yəni 73 115 000 səhmə sahib olam Mask şirkətin səhmlərinin 100%-nə sahib olmaq təklifi ilə məktub təqdim edib.

Mask məktubunda  “Tvitter”in hər bir səhmi üçün 54,20 dollar təklif edib, “bu ən yaxşı və son təklifimdir” deyə qeyd edib. O, təklifinin rədd ediləcəyi təqdirdə “Tvitter”də səhmdar kimi qalıb-qalmayacağı məsələsini yenidən dəyərləndirəcəyini də vurğulayıb.

Maskın açıqlamasından sonra “Tvitter”in səhmləri 13,6% bahalaşıb.

Elon Maskın sərvətinin hazırda 265 milyard dollar oduğu bildirilir. "Tvitter"in bazar qiyməti isə 36,7 milyard dollardır.

Hurr Tərcüman