Elşad Mirbəşiroğlu: Gəncliyi qorumaq üçün tədbirlər paketi hazırlanmalıdır
Milli Məclisin 2024-cü il 28 iyun tarixində keçirilən növbədənkənar sessiyasının son plenar iclasında deputat Elşad Mirbəşiroğlu dünyada trendə çevrilən əxlaqi deqradasiya məsələsinə toxunub.
O, Heydər Əliyevin, “Mənəviyyat olmayan yerdə heç bir şey ola bilməz. Nə qədər var-dövlət olsa da, nə qədər pul olsa da, nə qədər zənginlik olsa da, mənəviyyat olmayan yerdə heç bir şey ola bilməz” sitatını səsləndirib. Deputat, "Qloballaşma dönməz xarakter alır və bu bizim istəyimizdən asılı deyil" ifadfəsi ilə başımızın üstünü alan təhklükəni təsvir edib.
Deputat ifadə edib ki, “Kontenti nəzarət altında saxlamaq çox çətindir. Amma mənəvi-əxlaqi deqradasiyanın mənfi təsirlərindən qorunmaq üçün mütləq tədbirlər görülməlidir”. O qeyd edibk ki, ayrı-ayrı ölkələrdə qanunvericilik bazasında tədbirlərin görülməsi təhlükənin miqyasından xəbər verir. “Biz əxlaqi resursa malik olan gənclik yetisdirmişik, amma bunu qorumalıyıq”, deyə Elşad Mirbəşiroğlu bu istiqamətdə tədbirlər paketinin hazırlanmasının zəruri olduğu fikrini irəli sürüb.
Ülviyyə, Hurriyyet.az