📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Elşad Xosenin ölüm xəbəri yayılıb

2026-08-01 21:30:00

Elşad Xosenin ölüm xəbəri yayılıb

Reper Elşad Xose barədə sosial şəbəkələrdə ölüm xəbəri yayılıb.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Axşam-a danışan reper Dado yayılan məlumatın həqiqəti əks etdirmədiyini bildirib.

"Elşadın yaxınları ilə danışmışam. Hər şey qaydasındadır, sağ-salamatdır. Ölməyib. Yaxın vaxtlarda Elşad özü də bununla bağlı açıqlama verəcək", - deyə Dado qeyd edib.

Qeyd edək ki, bir neçə gün əvvəl Elşadın Maştağada yerləşən Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi ilə bağlı məlumat yayılıb.