📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Elton toxunulmazdır”

2026-10-24 17:49:16

“Elton toxunulmazdır”

Əməkdar artist Elton Hüseynəliyevin prodüseri olan xanımı Tamillə Hüseynəliyeva (Toma) sənətçi haqqında yayılan iddialara münasibət bildirib.

Axşam.az-a açıqlama verən Toma Eltonla bağlı səsləndirilən fikirlərə əsəbiləşdiyini deyib.

O, bəzi şəxslərin müğənninin toy bazarındakı fəaliyyətinə mane olmağa çalışdığını iddia edib:

“Eltonu verilişlərə mən çıxarmıram. Elton kimi sənətkar yoxdur. O, toxunulmazdır. Ölkənin yeganə toxunulmaz ifaçısı Eltondur. Bu sözləri deyirəm və arxasında da dayanıram. Mən Eltonu hər şeydən qoruyuram. Onun haqqında yalandan deyirlər ki, toya gec gəlir. Bunu kim sübut edib? Elton hər dəqiqəsinə şükür edən insandır. Heç kimə icazə vermirəm ki, Elton kimi oğlan haqqında artıq danışsın”.