📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Elvinin öldüyü qətlin detalları - Atası anasını bıçaqlamaq istəyirmiş

2026-08-02 15:14:46

Elvinin öldüyü qətlin detalları - Atası anasını bıçaqlamaq istəyirmiş

Xəbər verdiyimiz kimi, Goranboyda 33 yaşlı Elvin Aslanov öldürülüb, şübhəli şəxs kimi isə onun atası saxlanılıb.

Hurriyyet.media “Qafqazinfo”ya istinadla bildirir ki, E.Aslanov valideynlərinin mübahisəsi zamanı həlak olub.

İlkin ehtimala əsasən, ailə münaqişəsi zəminində düşən dava zamanı 57 yaşlı Şahin Aslanov həyat yoldaşına bıçaqla xəsarət yetirmək istəyib. Bu zaman araya girən oğlu Elvin bıçaq zərbəsinə tuş gəlib və aldığı xəsarətdən dünyasını dəyişib.

Qətlə yetirilən E.Aslanovun fitnes klub rəhbəri olduğu bildirilir.

Həyatını itirən Elvinin fotosunu təqdim edirik: