Elxan Səmədovla Aslan Şahgəldiyev Türkiyəyə aparılır
2023-12-16 14:29:33
Qəzada ağır xəsarətlər alan Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev Türkiyəyə aparılır.
Hurriyyet.az xəbər verir ki, onlar bu gün Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində qəzaya düşüblər.
PFL rəsmilərinin Türkiyədə əməliyyat ediləcəyi gözlənilir.
Qeyd edək ki, qəzaya düşənlər arasında, həmçinin PFL əməkdaşları - Sənan Abdullayev, Rasim Qafarlı, Elgiz Abbasov, Zaur Hacıməhərrəmov da var. Onların müalicəsi Bakıdakı özəl xəstəxanalardan birində aparılır.
olke.az