📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Elza Seyidcahana bu telekanalda iş verildi – ÖZÜ DANIŞDI

2023-07-13 19:11:00

Elza Seyidcahana bu telekanalda iş verildi – ÖZÜ DANIŞDI

Əməkdar artist Elza Seyidcahan Xəzər Televiziyasında aparıcılığa başlayır.

Hurriyyet.Az xəbər verir ki, bu haqda Teleqraf.com-a açıqlamasında əməkdar artistin özü məlumat verib:

"Xəzər Televiziyasında "Dönə bilsəm" adlı veriliş aparacam. Veriliş yeni mövsümdə həftə içi yayımlanacaq. Çox gözəl layihədir. Artıq verilişin çəkilişləri başlayıb. Dəvət Xəzər Televiziyası tərəfindən gəldi. Televiziyanın rəhbəri Murad Dadaşova təşəkkür edirəm. Doğum gönümdə də mənə təbrik məktubu göndərib. Çox sağ olsun".