Elza Seyidcahanı döyən iş adamı həbs edildi
2021-09-30 17:14:00
Hurriyyet.az Virtualaz.org-a istinadən xəbər verir ki, müğənni Elza Seyidcahana zor tətbiq edən Rüstəm Kərimzadə həbs olunub. Bu barədə yerli KİV-lər vəkil Elçin Sadıqova istinadən yazır.
Vəkil bildirib ki, R.Kərimzadə barəsində sentyabrın 29-da 1 aylıq həbs qərarı çıxarılıb. Həbs edilən şəxs aclıq aksiyası keçirir.
Qeyd edək ki, müğənni Elza Seyidcahan Nəsim rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinə şikayət edərək, R. Kərimzadənin ona zor tətbiq etdiyini bildirmişdi.
Xatırladaq ki, Rüstəm Kərimzadə “ELİT SRC GROUP” MMC-nin təsisçisidir və hazırda həmin təşkilatın direktoru vəzifəsini icra edir.