📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əmək qabiliyyətini müvəqqəti itirənlərə bu qədər ödəniş veriləcək

2026-11-04 12:01:29

Əmək qabiliyyətini müvəqqəti itirənlərə bu qədər ödəniş veriləcək

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən məbləğ artırılır.

Hurriyyet.net  xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. 

Layihəyə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə bir iş gününə düşən orta gündəlik qazanc 53 manat 50 qəpik olacaq. 

Qeyd edək ki, bu rəqəm 2026-cı ildə 50 manat 80 qəpik olub.