📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əməkdar artist: “Loru dildə desək, fitvaya getdi” - VİDEO

2023-07-25 22:31:00

Əməkdar artist: “Loru dildə desək, fitvaya getdi” - VİDEO

Əməkdar artist Firuzə İbadova həmkarı Reyhan Müslümovanın ölümündən danışıb.

“O üz” verilişində qonaq olan əməkdar artist plastik əməliyyat zamanı vəfat edən R.Müslümovanın dəfninə az adamın qatıldığını deyib.

“Reyhan xanım nə qədər güclü olsa da, əməliyyata girməklə iradəsizlik etdi. Loru dildə desək, fitvaya getdi. Görəndə ki, o evin ortasında tabutda uzanıb, nə deyəcəyimi bilmədim. Məni güclə sakit etdilər. O rəhmətə gedəndə çox insan qatılmadı. Amma gəlmək lazım idi. Çünki Reyhan Müslümova onlara çox dəstək olmuşdu. Etibarsızlığa çox üzüldüm” – Firuzə İbadova bildirib.