📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əməkdar artist media nümayəndələrinə səsləndi: “Qaşınmayan yerdən qan çıxarmayın”

2023-05-15 22:11:00

Əməkdar artist media nümayəndələrinə səsləndi: “Qaşınmayan yerdən qan çıxarmayın”

“Qaşınmayan yerdən qan çıxarmayın”.

Əməkdar artist Nəsibə Eldarova sosial şəbəkədə media nümayəndələrinə səslənib:

”Ay Allah, bilmirlər harda bişib. Elə deyirlər bizə də bir çömçə ver. Biz Mehriban xanımdan niyə şikayət edək ? O artıq Akademik Milli Dram Teatrının işidir. Biz öz taleyimizi düşünürük. Neçə baş rejissor dəyişər? Son təyinat isə cəmi bir il çəkdi. Nicat Kazımovu istəməyimizin səbəbi öz içimizdən olmağıdır. O bizi yarı yolda atıb getməz. Bu yerə ondan daha çox layiq olan kim var? Ay KİV nümayəndələri, qaşınmayan yerdən qan çıxarmayın”.

Həmin rəyi təqdim edirik:

 

Medianews.az