Əməkdar artist Nabranda İSTİRAHƏT MƏRKƏZİ ALIB
2021-11-11 20:40:00
Əməkdar artist Bəsti Bəkirova "Həmin Zaur" verilişində qonaq olub.
Müğənni ona ünvanlanan sualları cavablandırıb. Bəkirova "Oğlunuzu evdən çıxarmısınız" sözlərinə "Niyə? Hərənin öz evi var" cavabını verib.
Bəsti Bəkirova Nabranda istirahət mərkəzi olduğunu isə təsdiqləyib:
"Varımdır... Balaca bir istirahət mərkəzidir". \\Axşam.az