📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əməkdar artist vəfat etdi

2026-04-26 19:55:56

Əməkdar artist vəfat etdi

Azərbaycan Respublikasının əməkdar artisti, Naxçıvan Dövlət Milli Dram Teatrının aktyoru Əli Şəmsəddin oğlu Əliyev vəfat edib.

Modern.az xəbər verir ki, 1956-cı ildə anadan olan sənətkar uzun illər sənətə xidmət göstərib.

O, 1983-cü ildən etibarən Naxçıvan Dövlət Milli Dram Teatrında fəaliyyət göstərərək milli səhnə sənətinin inkişafına öz töhfəsini verib.

Əli Əliyev teatr səhnəsində yaratdığı dolğun və yaddaqalan obrazlarla tamaşaçıların rəğbətini qazanıb. Sənətkar "Anamın kitabı", "Dəli İbrahim", "Məşədi İbad" kimi tamaşalarda uğurlu çıxışları ilə yadda qalıb və Azərbaycan teatr tarixində özünəməxsus iz buraxıb.