📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əməkdar artist yenidən xəstəxanaya yerləşdirildi

2022-02-12 16:31:00

Əməkdar artist yenidən xəstəxanaya yerləşdirildi

Əməkdar artist Gülbahar Şükürlü növbəti dəfə əməliyyat olunub.

Lent.az xəbər verir ki, qarmon ifaçısı bu dəfə gözlərində yaranan problemlərə görə, ötən gün əməliyyat masasına əyləşib. Şükürlünün vəziyyəti hazırda yaxşıdır.

Xatırladaq ki, Əməkdar artist daha əvvəl Milli Onkologiya Mərkəzində əməliyyat olunmuşdu. Onun başında onkoloji şiş aşkarlanmışdı. Maddi durumu yaxşı olmayan sənətçi bir müddət öncə xəstəxanaya getməkdən və əməliyyatdan imtina etmişdi.

lent.az