Əməkdar artistdə xərçəng tapılıb
2024-01-09 23:31:53
Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradovda xərçəng xəstəliyi aşkarlanıb. Bu barədə kult.az-a sənətkarın dostlarından olan prodüser Vasif Ayan məlumat verib.
O bildirib ki, aktyorun qalxanabənzər vəzisi inkişaf edib və limfa düyünləri yaranıb:
“Nəticədə xərçəng xəstəliyinə tutulan sənətkar təcili əməliyyat olunub. Səs telləri zədələndiyinə görə də səsini qismən itirib. Hazırda həkim nəzarəti altında saxlanılır”.