📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əməkdar artisti maşın vurdu, vəziyyəti ağırdır

2021-10-27 09:45:00

Əməkdar artisti maşın vurdu, vəziyyəti ağırdır

Əməkdar artist Elizbar Osmanovu maşın vurub. 

Hurriyyet.az qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində Bakı Dövlət Sirkinin yaxınlığında baş verib.

1 saylı Kliniki Tibbi Mərkəzə aparılan Elizbar Osmanovun vəziyyəti ağır olub.  

Xəstəxanadan verilən məlumata görə, Əməkdar artist cərrahi əməliyyata alınıb. 

Əməliyyat bitib, xəstənin vəziyyəti ağırdı. 

Elizbar Osmanovu vuran "BMW" markalı maşının sürücüsü polis tərəfindən dindirilir.  

Qeyd edək ki, Elizbar Osmanova Prezidentin sərəncamı ilə bu il "Əməkdar artist" fəxri adı verilib.