Əməkdar artisti tək qoymadı - VİDEO
2026-10-23 12:15:37
Əməkdar artist Mətanət İsgəndərli müğənni İzzət Bağırovun çağırışına cavab verib.
Müğənni həmkarı Firuzə İbadovanın evinə yollanaraq ona baş çəkib.
M. İsgəndərli sənət dostuna dəstək olmaq məqsədilə bu addımı atdığını bildirib:
“Qəlbindəki imanı, mədəniyyəti, yüksək insanlığı, sadəliyi ilə sevilən sənət adamımızdır. Tezliklə Allah sənə şəfa versin. Sənət dostlarım arasında vəziyyətdən xəbərsiz olanlar var. Bizim borcumuzdur ki, bir-birimizə baş çəkək, ən azı mənəvi dəstək olaq. İnsanı ruhlandıranda sağalır, dərdi azalır.
Telefonlarını da bağlayıb. Küsmə, Allah bizimlədir. Yayılıb ki, guya plastik əməliyyat etdirib. Xeyr, o, ağır əməliyyat keçirib”. (Axşam.az)