📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əməkdar incəsənət xadimi vəfat etdi

2021-11-23 09:51:00

Əməkdar incəsənət xadimi vəfat etdi

Azərbaycanın tanınmış bəstəkarı, əməkdar incəsənət xadimi Asya Sultanova vəfat edib.

Hurriyyet.az Kult.az-a istinadən xəbər verir ki, o, 98 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, tanınmış bəstəkar Asya Baxış qızı Sultanova 1923-cü il oktyabrın 16-da Bakıda anadan olub.

A.Sultanova musiqiçi və aktyor Vladimir Şanskiy ilə ailəli olub.

1963-cü ildə dünya şöhrətli bəstəkar-müğənni Müslüm Maqomayevlə tanış olub və birlikdə bir çox bəstə yaradıblar. O, 1967-ci ildə Azərbaycanın əməkdar incəsənət xadimi adına layiq görülüb.