📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əməkdar jurnalist bu telekanala rəhbər təyin olundu - FOTO

2024-09-09 21:42:51

Əməkdar jurnalist bu telekanala rəhbər təyin olundu - FOTO

Əməkdar jurnalist Elsevər Dünyamalıyev "MTV Azərbaycan" telekanalına icraçı direktor təyin olunub. 

Hurriyyet.Az Manşet.Az-a istinadla xəbər verir ki, bu barədə aparıcı Tarix Əliyev (Tolik) sosial media hesabında yazıb. 

Qeyd edək ki, bir müddət əvvəl ssenarist Fariz Əliyev bu vəzifəyə təyin olunsa da, o, telekanalda yalnız 1 ay çalışıb və işdən ayrılıb.

Elsevər Dünyamalıyev bundan əvvəl, “Mədəniyyət” və “İdman Azərbaycan” kanallarında baş direktor, AzTV sədrinin birinci müavini olub.

Xatırladaq ki, MTV Azərbaycan “Azerspace-1” peyki vasitəsilə yayımlanan telekanaldır.