📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əməkdar jurnalist Tofiqə Qasımova ilə vida mərasimi keçirilir

2026-08-22 14:14:22

Əməkdar jurnalist Tofiqə Qasımova ilə vida mərasimi keçirilir

Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) ilə Təzə Pir məscidində vida mərasimi keçirilir.

Hurriyyet.media Report-a istinadla xəbər verir ki, mərasimdə jurnalistə ehtiram ifadə etmək üçün səhiyyə naziri Teymur Musayev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, media nümayəndələri, dostları, ictimai xadimlər iştirak edir.

Vida mərasimindən sonra mərhumun nəşi Yasamal qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Nurani avqustun 22-si 56 yaşında uzunsürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada vəfat edib.