📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əməkdar jurnalist vəfat etdi

2021-12-27 12:21:00

Əməkdar jurnalist vəfat etdi

Yazıçı-publisist, əməkdar jurnalist Əhməd İsayev vəfat edib.

Hurriyyet.az Oxu.az-a istinadən xəbər verir ki, o, ürək çatışmazlığından dünyasını dəyişib.

Qeyd edək ki, o, 30 avqust 1940-cı ildə Zaqatala rayonunun Suvagil kəndində anadan olub. Orta məktəbi bitirən kimi təsərrüfatda əmək fəaliyyətinə başlayıb.

Ə.İsayev 1964-cü ildən Azərbaycan Jurnalistlər İttifaqının, 1992-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar jurnalisti (1987), “Qızıl qələm” (1974), “Ustad” ali jurnalistika (1995), “Həsən bəy Zərdabi” (1996) və “Araz” (1999) ali ədəbi mükafatları laureatı, 2003-cü ildən AKTA-nın fəxri doktoru, 1992-ci ildən “Gəncə və gəncəlilər” Xeyriyyə Cəmiyyətinin sədri olub.