Əməkdar müəllim qəfil vəfat etdi
2023-09-08 22:57:40
Astara rayon Z.Ə.Əhmədzadə adına Pensər kənd 2 saylı tam orta məktəb-liseyinin kimya-biologiya müəllimi Şabala Əliyev bu gün vəfat edib.
Hurriyyet.Az Metbuat.az-a istinadla xəbər verir ki, 66 yaşında vəfat edən əməkdar müəllimin ölümünə səbəb qəfil infarkt keçirməsi olub.
Qeyd edək ki, Şabala Şəfəqqət oğlu Əliyev 23 avqust 1957-ci ildə Astara rayonunun Pensər kəndində dünyaya gəlib. O, 1983-cü ildən müəllimlik fəaliyyəti ilə məşğul olurdu. Əməkdar müəllimin bir çox savadlı kadrın yetişməsində müstəsna rolu olub.
