📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əməkdar müəllimi maşın vurub öldürdü

2026-11-23 10:27:10

Əməkdar müəllimi maşın vurub öldürdü

Paytaxtın Nəsimi rayonunun 4-cü mikrorayon ərazisində piyadanın ölümü ilə nəticələnən qəza baş verib.

Modern.az xəbər verir ki, hadisə nəticəsində dünyasını dəyişən qadın Samir Hacıyev adına 5 nömrəli orta məktəbin ingilis dili müəllimi Gülnarə Abdullayevadır.

Onu səhər saatlarında piyada keçidinin üzərində avtomobilin vurduğu bildirilir. G.Abdullayeva xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

G.Abdullayeva Birinci Qarabağ müharibəsi şəhidinin həyat yoldaşı idi, həmçinin Əməkdar müəllim fəxri adına layiq görülmüşdü.