📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əməkhaqqıları artırılır? — Prezidentin köməkçisindən AÇIQLAMA

2021-11-04 20:55:00

Əməkhaqqıları artırılır? — Prezidentin köməkçisindən AÇIQLAMA

Karantin rejiminin yumşaldılmasından sonra iqtisadiyyatın nə dərəcədə canlanmasını görmək üçün ümumdaxili məhsulun artımına baxmaq lazımdır.

Bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.

O bildirib ki, hazırda əməkhaqqılarının artımına baxılır.

“Əməkhaqqılarının artması tələbatı da artırır. Əhali bununla daha çox xidmətlərdən və malların alınmasından istifadə edəcək ki, bu da iqtisadiyyatın inkişafına təkan verəcək”, - deyə o əlavə edib.

Prezidentin köməkçisi 2022-ci il büdcə layihəsinin Milli Məclisə daxil olduğunu da xatırladıb. \\Oxu.Az